"Fənərbaxça" Anderson Taliska transferini yekunlaşdırıb. Metbuat.az xəbər verir ki, futbolçunun artıq Türkiyəyə gəlmək üzrə olduğu bildirilir. “Fənərbaxça”nın futbolçunu gətirmək üçün Səudiyyə Ərəbistanına özəl təyyarə göndərdiyi bildirilir. Türkiyə mediasının məlumatına görə, Taliska “Əl-Nəsr”lə müqaviləsini ləğv edib. Bundan əvvəl, futbolçunun icarə əsasında "Fənərbaxça"ya imza atacağı irəli sürülmüşdü. Bildirilir ki, Anderson Taliska Türkiyə klubuna icarə əsasında deyil, birdəfəlik transfer olacaq. Müqavilənin detalları barədə məlumat verilməyib. Qeyd edək ki, Anderson Taliskanı transfer etmək üçün “Qalatasaray”ın da hərəkətə keçdiyi iddia edilmişdi. Taliska sosial media hesabında transferi ilə bağlı paylaşım etmişdi. Futbolçunun paylaşımına qum saatı smaylikini qoyması diqqət çəkib.