AZ

Tiqran Abramyan: “Bakı və Ankara üçün mümkün olmayanı Paşinyan vasitəsilə həyata keçirəcəklər”

Türkiyə ilə Azərbaycan arasında mübarizə erməni dövlətçiliyinə və erməni xalqının müqavimətini təmin edən sistemlərə qarşı yönəlib.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan “Facebook” səhifəsində yazıb.

“Məhz bu kontekstdə biz Bakı və Ankaranın maraqlarına xidmət edən Paşinyan rejiminin erməni kimliyinə, tarixinə, mədəniyyətinə, Erməni Apostol Kilsəsinə, tarixi yaddaşına və irsinə hücumlarını nəzərdən keçirməliyik.

Məqsəd erməniləri öz kökündən ayırmağa, özümüzü müdafiə etməyə və mübarizə aparmağa imkan verən hər şeydən məhrum etməkdir.

Türkiyə və Azərbaycan 2018-ci ildə arzuladığı dəyişikliklərə nail ola bildi, dövlət institutlarımızı ardıcıl şəkildə məhv etdi, bu illər ərzində hakimiyyət dəyişikliyinə imkan vermədilər, lakin onlar üçün əlçatmaz və ya mümkün olmayanı Paşinyan vasitəsilə həyata keçirirlər”, – deyə Abrahamyan qeyd edib.

“Erməni soyqırımının (qondarma) inkar edilməsi, hansı nüanslardan və hansı kontekstdə təqdim olunmasından asılı olmayaraq, yuxarıda dediyim şeylərin tərkib hissəsidir. Və nə qədər gec ictimai müqavimət uğur qazanarsa, daxili və xarici düşmənlərimiz erməni dünyasına bir o qədər dərindən nüfuz edəcək”, – deyə deputat vurğulayıb.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
7
50
konkret.az

10Mənbələr