AZ

"Qarabağ" UEFA Avropa Liqasında çıxışına görə nə qədər gəlir əldə edib?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Avropa Liqasında cari ildə çıxış edən komandalar arasında ən çox gəlir əldə edən klublar müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" bu göstəriciyə görə 23-cü pillədə qərarlaşıb.
Ağdam təmsilçisi indiyədək avrokuboklarda 12 milyon 153 min gəlir əldə edib.
Bunun 4,29 milyon avrosu Çempionlar Liqasının təsnifat mərhələsində qazanılıb.
İlk sırada İtaliyanın "Latsio" klubu yer alıb - 21 milyon 273 min avro. İngiltərənin "Mançester Yunayted" kollektivi (19 milyon 752 min) ikinci, Almaniya təmsilçisi "Ayntraxt Frankfurt" (19 milyon 369 min) üçüncüdür.
Qeyd edək ki, "Qarabağ" ötən həftə Liqa mərhələsinin VII turunda Bakıda Rumıniyanın FKSB komandasına uduzub - 2:3. Növbəti mərhələ şansları qalmayan "köhlən atlar" yanvarın 30-da, VIII turda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. Ağdam klubu qələbə qazansa və ya heç-heçə əldə edə bilsə, avrokuboklardakı gəlirini daha da artıra bilər.
Seçilən
6
50
oxu.az

10Mənbələr