AZ

Aİ ölkələri Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı razılığa gəliblər

Macarıstan enerji təhlükəsizliyi zəmanəti müqabilində müdaxilə etməməyə razılaşdıqdan sonra Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların uzadılmasına razılaşıblar. Bu barədə “Reuters” məlumat yayıb.

Səsvermə Ukrayna ərazisindən qaz tranzitinin dayandırılmasına etiraz edən Macarıstanın mövqeyinə görə pozula bilərdi. Lakin Avropa Komissiyası Aİ səfirlərinin görüşündən sonra yaydığı bəyanatında Ukraynanın qaz kəməri sistemi vasitəsilə Avropaya qaz tədarükü ilə bağlı Kiyevlə danışıqları davam etdirməyə söz verib. Bəyanatda həmçinin komissiyanın Macarıstan və Slovakiyanı prosesə cəlb etməyə hazır olduğu bildirilir.

Macarıstanın xarici işlər naziri Peter Syarto ölkəsinin enerji təhlükəsizliyi ilə bağlı tələb olunan təminatları aldığını bildirib və qeyd edib ki, Avropa Komissiyası Aİ-yə gedən boru kəmərlərini qorumaq öhdəliyi götürüb və həmçinin Ukraynadan tədarükün saxlanması üçün zəmanət istəyir.

Avropa rəsmilərinin fikrincə, sanksiyaların uzadılmaması “ciddi nəticələrə” səbəb olacaq — məsələn, Kiyevə kömək üçün istifadə edilən Avropadakı Rusiya aktivlərinin dondurulması.

► Rusiyaya qarşı tətbiq edilən və ticarətə məhdudiyyətlər və Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulmasını ehtiva edən sanksiyalar altı aydan bir uzadılır. Növbəti son tarix 31 yanvardır və uzadılması üçün bütün Aİ üzvlərinin yekdil qərarı tələb olunur. Lakin bu dəfə Aİ ölkələri Kiyevin Rusiya qazının Ukrayna ərazisindən tranzitini dayandırmasından narazı olan Macarıstanın müqaviməti ilə qarşılaşıb. Macarıstanın baş naziri Viktor Orban Aİ liderlərinə məhdudiyyətlərin uzadılıb-uzadılmaması barədə qərar verməzdən əvvəl ABŞ prezidenti Donald Trampın andiçmə mərasimini gözləmək istədiyini bildirib.

Seçilən
39
19
buta.media

10Mənbələr