AZ

Azərbaycan ötən ilin noyabr ayında Türkiyənin ikinci ən iri qaz tədarükçüsü olub

Bakı. Trend:

Azərbaycan təbii qazın ixracat həcmlərini əhəmiyyətli dərəcədəartırmaq, 2024-cü ilin noyabr ayında Türkiyəyə ən çox təbii qaztədarük edən ölkələrin üçlüyünə düşüb.

Trend bu barədə TürkiyəninEnerji Bazarının Nizamlanması İdarəsinə (EPDK) istinadən xəbərverir.

2024-cü ilin noyabr ayında Türkiyə Azərbaycandan 970,16 milyonkub metr təbii qaz idxal edib ki, bu 2023-cü ilin noyabr ayınıngöstəriciləri ilə müqayisədə (685,89 milyon kub metr) 41,44%çoxdur. Bu, Azərbaycanın Türkiyəyə boruxətti vasitəsilə qazlatədarük edən ölkələrin arasında ikinci yeri tutmasına imkan verib.Bu baxımdan yalnız Rusiyadan geri olan Azərbaycan, aylıq tədarükhəcmlərinə görə İran İslam Respublikasını üstələyib.

Həmin müddət ərzində Türkiyə İran İslam Respublikasından 853,82milyon kub metr təbii qaz idxal edib ki, bu 2023-cü il göstəricisiilə müqayisədə (682,58 milyon kub metr) 25,09% çoxdur. RusiyaFederasiyası isə əvvəlki kimi ən iri qaz tədarükçüsü statusunuqoruyub saxlayıb. Belə ki, adıçəkilən ölkə noyabr ayında 2,729milyard kub metr təbii qaz idxal edib. Bu 2023-cü ilin göstəricisiilə müqayisədə 18,48% yüksəkdir.

Ümumilikdə Türkiyədə təbii qaz idxalı 2024-cü ilin noyabr ayında5,806 milyard kub metrə qalxıb: belə ki, bir il öncəki göstəriciilə müqayisədə (4,434 milyard kub metr) 30,95% artıb.

Boru kəməri qazının idxalı 4,553 milyard kubmetr təşkil edib(27,46 faiz artım), sıxılmış təbii qazın idxalı isə 45,43 faizartaraq 1,253 milyard kubmetrə çatıb.

X: @Lyaman_Zeyn

Seçilən
3
42
az.trend.az

10Mənbələr