Astana, 27 yanvar, AZƏRTAC
Qazaxıstan neftçiləri gündəlik 278,4 min ton “qara qızıl” hasil edərək, tarixi maksimuma çatıblar.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu, keçən illə müqayisədə 10,5 faiz çoxdur.
Rekord göstərici “Tengizşevroyl” şirkətinin perspektiv genişləndirilmə layihəsinin əsas mərhələlərinin başa çatdırılması və “Tengiz” yatağında üçüncü nəsil zavodun istifadəyə verilməsi hesabına mümkün olub.
Qeyd edək ki, energetika naziri Almasadam Satkaliyev 2024-cü ilin noyabrında Qazaxıstanın 2026-cı ildən etibarən il ərzində 100 milyon ton neft hasil edəcəyini bildirmişdi.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana