AZ

Fələstinlilər Qəzzaya qayətmağa başlayıb

Anklavı şimal və cənub hissələrə ayıran Netzarim humanitar dəhlizinin açılmasından sonra fələstinlilər Qəzza zolağındakı evlərinə qayıdırlar. İsrail tərəfi nəzarət-buraxılış məntəqələrini HƏMAS-ın yanvarın 31-dək üç girovu azad etməsi müqabilində açıb.

Editor.az xəbər verir ki, fələstinlilər yanvarın 25-də Netzarim keçid məntəqəsinə çatıblar. AFP-nin görüntüləri insanların sahil boyu uzanan Ər-Rəşid yolu ilə getdiyini göstərir. Şəxsi əşyalarını əllərində daşıyırlar.

Qeyd edək ki, İsrail Qəzza zolağında hərbi əməliyyatların başlamasından az sonra şimaldakı mülki şəxslərə ərazini tərk etməyi əmr edib. Artıq 2023-cü ilin oktyabr ayında təxminən 1 milyon insan sektorun cənubuna köçüb və bu günə qədər evlərinə qayıtmağa icazə verilməyib. Yanvarın 19-da qüvvəyə minən İsrail-Həmas razılaşmasının şərtlərinə görə, İsrail ordusu atəşkəsin yeddinci günündə mövqelərini tərk etməli və fələstinlilərin Qəzzanın şimalına qayıtmasına icazə verməli idi. Bununla belə, yanvarın 25-də İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Ərbel Yehudun azad edilməsi məsələsi həll olunmayana qədər mülki əhali Qəzza zolağının şimalına qayıda bilməyəcək. Bu əsasda İsrail öz qoşunlarını Netzarim dəhlizindən çıxarmaq öhdəliyindən imtina edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
20
6
editor.az

10Mənbələr