Bazar ertəsi günü 300 mindən çox fələstinli Qəzza zolağına qayıtmaq imkanı yarandıqdan sonra anklavın şimal rayonlarına geri dönüb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, müvafiq bəyanatı Qəzzada KİV ilə iş üzrə idarə öz teleqram kanalında dərc edib.
“Bu gün anklavın cənub və mərkəzi rayonlarından 300 mindən çox insan Ər-Rəşid və Səlahəddin yolları (müvafiq olaraq Qəzzanın qərbində dəniz sahili boyunca və şərq hissəsində yerləşir – red.) ilə şimala qayıdıb”, – məlumatda qeyd olunub.
Qəzza zolağının nə qədər sakininin şimal rayonlarına qayıtmağı planlaşdırdığı barədə hələlik məlumat verilmir.