Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Fərdi tədris planının forması”nın təsdiq edilməsi barədə müvafiq əmrinin icrasına dair görüş keçirib.
Ucnoqta.az xəbər verir ki, görüşdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, İdarənin müdir müavini Bəhruz Nəbili və struktur bölmə rəhbərləri, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunduğu müəssisələrin direktor müavinləri və korreksiyaedici pedaqoqlar iştirak ediblər.
Tədbirdə ümumi təhsil pilləsində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların təhsilinin planlaşdırılması, həyata keçirilməsi və təlim nəticələrinin qiymətləndirilməsinin təmin edilməsi məqsədi ilə təsdiq edilmiş "Fərdi tədris planının forması"nın tətbiqi, bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə edilib. Həmçinin inklüziv təhsilin keyfiyyətinin yüksəldilməsi və fərdi yanaşmanın daha səmərəli şəkildə həyata keçirilməsi üçün zəruri təkliflər irəli sürülüb və müvafiq tövsiyələr verilib.
Sonda direktor müavinlərinin təklifləri dinlənilib və müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.