“Əl-Nəsr”in yarımmüdafiəçisi Anderson Talişka tezliklə “Fənərbağça”ya keçəcək.
Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Hər iki klubun nümayəndələri futbolçunun transferi ilə bağlı razılığa gəliblər. Futbolçu Türkiyə komandası ilə 2026-cı ilin sonuna qədər müqavilə imzalayacaq. Talişkanın bir neçə gün ərzində Türkiyəyə gələrək tibbi müayinədən keçməsi planlaşdırılır.
O, daha əvvəl Türkiyənin “Beşiktaş” klubunda çıxış edib.