“Əl-Nəsr”in yarımmüdafiəçisi Anderson Talişka tezliklə “Fənərbağça”ya keçəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Hər iki klubun nümayəndələri futbolçunun transferi ilə bağlı razılığa gəliblər. Futbolçu Türkiyə komandası ilə 2026-cı ilin sonuna qədər müqavilə imzalayacaq. Talişkanın bir neçə gün ərzində Türkiyəyə gələrək tibbi müayinədən keçməsi planlaşdırılır.
O, daha əvvəl Türkiyənin “Beşiktaş” klubunda çıxış edib.
Qeyd edək ki, Anderson 2021-ci ildə “Əl-Nəsr” klubuna keçib. Komandada olduğu müddətdə 30 yaşlı futbolçu 104 oyun keçirib, bu oyunda 76 qol vurub, 10 məhsuldar ötürmə edib./publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta