İspaniya La Liqasında yanvarın ən yaxşı baş məşqçisi bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
"Xetafe"nin çalışdırıcısı Xose Bordalas ən yaxşı adına layiq görülüb. Komanda onun rəhbərliyi altında bu ay iki səfər qələbəsi qazanıb və bir heç-heçə edib..
Bordalas səsvermədə Karlo Ançelotti ("Real") və Borxa Ximenesi ("Leqanes") qabaqlayıb
Qeyd edək ki, "Xetafe" hazırda La Liqada 23 xalla 14-cü sırada qərarlaşıb.