İspaniya La Liqasında yanvarın ən yaxşı baş məşqçisi bəlli olub.


Rekord.az xəbər verir ki, bu ada "Xetafe"ni çalışdıran Xose Bordalas layiq görülüb.


Komanda onun rəhbərliyi altında yanvarda 3 oyun keçirib, 7 xal toplayıb.


60 yaşlı mütəxəssis səsvermədə Karlo Ançelotti ("Real") və Borxa Ximenesi ("Leqanes") qabaqlayıb.


"Xetafe" La Liqada 14-cü sırada qərarlaşıb.