AZ

ABŞ səmasında sirli dronlar

  ABŞ-ın şimal-şərqində naməlum pilotsuz təyyarələrin yeni görüntüləri qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.

Qeyd olunur ki, 2024-cü ilin sonlarında Nyu-York, Nyu-Cersi və qonşu ştatlarda kütləvi dron müşahidələri hava məkanına nəzarətin gücləndirilməsi çağırışlarına səbəb olmuşdu.

Federal Aviasiya Administrasiyasının (FAA) ötən dekabr ayında dron uçuşlarına müvəqqəti məhdudiyyət tətbiq etsə də, yanvarın 19-dan məhdudiyyətlərin qismən qaldırılması ilə dronlarla bağlı insidentlər yenidən artmağa başlayıb. Xüsusilə Konnektikut, Nyu-Cersi və Delaver kimi ştatlarda naməlum dronların sayı xeyli çoxalıb.

Enigma Labs tədqiqat firmasının məlumatına görə, noyabr ayından etibarən ölkə üzrə 650 pilotsuz təyyarə insidenti qeydə alınıb ki, onların böyük əksəriyyəti ABŞ-nin şimal-şərq bölgəsində baş verib.  

Seçilən
4
10
referans.az

9Mənbələr