ABŞ-nin şimal-şərqində sirli pilotsuz təyyarələrin yeni görüntüləri qeydə alınıb.
"Far.Az" xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.
Qeyd edilir ki, 2024-cü ilin noyabr və dekabr aylarında Nyu-York, Nyu-Cersi və qonşu ştatlarda kütləvi şəkildə dronların müşahidə edilməsi hava limanlarının müvəqqəti bağlanmasına və hava məkanına nəzarətin gücləndirilməsi tələblərinə səbəb olub.
Federal Mülki Aviasiya İdarəsi (FAA) dekabr ayında dron uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq etdikdən sonra onların fəaliyyəti əhəmiyyətli dərəcədə azalıb. Bununla belə, yanvarın 19-da məhdudiyyətlərin qismən aradan qalxmasının ardınca Konnektikut, Nyu-Cersi və Delaver kimi ştatlarda dronlarla bağlı hesabatlar yenidən artmağa başlayıb.
"Enigma Labs" tədqiqat şirkətinin məlumatına görə, noyabr ayından indiyədək ABŞ-də 650 pilotsuz təyyarə ilə bağlı insident baş verib. Onların əksəriyyəti ölkənin şimal-şərqində müşahidə edilib.