AZ

Konqoda baş verən döyüşlərdə 17 nəfər həlak olub, 350-dən çox yaralı var

Konqo Demokratik Respublikasının Qoma şəhərində Konqo ordusu ilə 23 Mart Hərəkatı (M23) qruplaşmasının üsyançıları arasında dünən gecədən başlayan döyüşlər nəticəsində azı 17 nəfər ölüb, 367 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

“Döyüşlər davam etdiyindən xəstəxanada cərrahlar böyük yaralı axınının öhdəsindən gəlmək üçün gecə-gündüz işləyirlər”, - agentliyin mənbəsi qeyd edib.

Qoma həkimləri şəhər sakinlərini yaralıları xilas etmək üçün qan verməyə çağırıb.

Ölən və yaralananların sayı barədə rəsmi məlumat yoxdur.

Seçilən
5
2
apa.az

8Mənbələr