AZ

Qomada döyüşlərdə həlak olanların sayı açıqlandı

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qoma şəhərində Konqo ordusu ilə 23 Mart Hərəkatı (M23) qruplaşmasının üsyançıları arasında dünən gecə başlayan döyüşlər zamanı azı 17 nəfər ölüb, 367 nəfər yaralanıb.

BEY.AZ xəbər verir ki, bu barədə “Agence France-Presse” şəhər xəstəxanalarından aldığı məlumatlara istinadən məlumat yayıb.

“Cərrahlar döyüşlər davam etdiyi üçün böyük yaralı axınının öhdəsindən gəlmək üçün gecə-gündüz işləyirlər”, – agentliyin mənbəsi bildirib. Qoma həkimləri şəhər sakinlərini yaralıları xilas etmək üçün qan verməyə çağırır.

Ölən və yaralananların sayı barədə rəsmi məlumat yoxdur. Qoma şəhəri 2 milyon nəfər əhalisi olan Şimali Kivu əyalətinin paytaxtıdır.

Turan İSMAYIL

Seçilən
13
1
Bey.az

8Mənbələr