Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 21-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Alaves” və “Selta” komandaları üz-üzə gəliblər. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beləliklə, 21 turdan sonra 49 xala malik “Real” vahid liderdir. “Atletiko” 45 xalla ikinci, “Barselona” 42 xalla üçüncü pillədə qərarlaşıb. “Atletik” 40, “Vilyarreal” 34, “Malyorka” 30, “Rayo Valyekano” 29, “Jirona”, “Real Sosyedad” və “Betis” 28, “Osasuna” və “Sevilya 27, “Selta” 25, “Xetafe”, “Las Palmas” və “Leqanes” 23, “Alaves” 21, “Espanyol” 20, “Valensiya” 16, “Valyadolid” isə 15 xal toplayıblar.
İspaniya, La Liqa
21-ci tur
24 yanvar
Las Palmas – Osasuna 1:1
Qollar: Yanuzay, 90+8 – Oroz, 53.
25 yanvar
Malyorka – Betis 0:1
Qol: Bakambu, 90+6.
Atletiko – Vilyarreal 1:1
Qollar: Lino, 58 – Moreno, 29.
Sevilya – Espanyol 1:1
Qollar: Bade, 61 – Kumbulla, 15.
Valyadolid – Real 0:3
Qollar: Mbappe, 30; 57; 90+1-pen.
26 yanvar
Rayo Valyekano – Jirona 2:1
Qollar: Nteka, 80; 83 – B.Xil, 58.
Real Sosyedad – Xetafe 0:3
Qollar: Uçe, 72. K.Peres, 74; 85.
Atletik – Leqanes 0:0
Barselona – Valensiya 7:1
Qollar: De Yonq, 3. F.Torres, 8. Rafinya, 14. F.Lopes, 24; 45+4. Levandovski, 66. Tarreqa, 75-öz qapısına – Duro, 59.
27 yanvar
Alaves – Selta 1:1
Qollar: K.Qarsiya, 6 – P.Duran, 66.