ABŞ Sərhəd Xidmətinin əməkdaşı Meksika sərhədində narkotik kartelinin silahlıları tərəfindən atəşə tutulub.
APA xəbər verir ki, bu barədə “Newsweek” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, atışma bir qrup miqrant çayı keçərkən baş verib.
Nəşrin məlumatına görə, amerikalılar cavab atəşi açıblar.
Heç kim zərər görməsə də, qeyri-qanuni mühacirlərin ABŞ-yə daxil olmaq cəhdinin qarşısı alınıb.