AZ

ABŞ-Meksika sərhədində atışma baş verib

ABŞ-Meksika sərhədində yerləşən Texas ştatında atışma baş verib.

Editor.az bildirir ki, bu barədə “Fox News” telekanalı xəbər verir. Telekanalın məlumatına görə, bir qrup qeyri-qanuni miqrant sərhəd çayını üzərək keçməyə cəhd edib, lakin atəş açan ABŞ Sərhəd Xidmətinin əməkdaşları onların qarşısını alıblar. Miqrantlar sərhədi keçə bilməyiblər və insident zamanı xəsarət alan olmayıb.

Atışma ABŞ və Meksika arasında sərhədi ayıran Rio Qrande çayı üzərində yerləşən Fronton adası yaxınlığında baş verib. “Fox News” qeyd edir ki, Fronton adası yüksək kriminal fəaliyyətinə görə “Kartel adası” kimi də tanınır. Telekanal bildirir ki, sərhədi keçməyə cəhd edən miqrantlar narkotik kartelinin üzvləri ola bilərlər.
Yanvarın 21-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ın cənub sərhədindəki böhranla əlaqədar milli fövqəladə vəziyyət elan edib. Yanvarın 23-də Tramp qeyri-qanuni mühacirlərin cənub sərhədindən keçməsini dayandırmaq və onları ölkədən çıxarmaq haqqında sərəncam imzalayıb. ABŞ Müdafiə Nazirliyi Meksika ilə sərhəddə təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün 1500 hərbçinin yerləşdirildiyini açıqlayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
23
8
editor.az

9Mənbələr