“Birbank” mobil tətbiqində yaranan çətinlik aradan qaldırılıb.
Heftelik.az xəbər verir ki, bu barədə “Kapital Bank” məlumat yayıb.
Bildirilib ki, tezliklə tətbiq tam şəkildə bərpa olunacaq.
***
27 yanvar, saat 23.18
Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb.
Heftelik.az xəbər verir ki, bu barədə “Kapital Bank” məlumat yayıb.
“Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər. Müştərilərimizə anlayışları üçün təşəkkür edirik”, – deyə məlumatda deyilir.