Ötən gün “Birbank” mobil tətbiqinin fəaliyyətində problemlər yaranıb. Bununla bağlı bank tərəfindən rəsmi açıqlamalar verilib. Problem həllini tapandan sonra isə bəzi vətəndaşlar balanslarındakı məbləğin azaldığını bildiriblər. Məsələ ilə bağlı "Kapital Bank"ın mətbuat xidmətindən Metbaut.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu müddətdə heç bir müştərinin balansından vəsait silinməsi baş verməyib. Ən qısa zamanda komandamız tərəfindən “Birbank” mobil tətbiqində yaranan çətinlik aradan qaldırılıb və tətbiq tam şəkildə bərpa olunub. Həmçinin əlavə edilib ki, mobil tətbiqdə bank əməliyyatlarını icra etməkdə narahatlıq yaşansa da, kartla POS-terminal, eləcə də “Apple Pay” və “Google Pay” ödənişlərini rahatlıqla icra etmək mümkün olub. Sevinc İbrahimzadə / Metbuat.az