Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Qazaxıstanın Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasını müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb”, - məlumatda deyilir.