Artıq ikinci ildir ki, banklarımızda yanvar ayında böyük problem yaşanır. Dünən 7 saatdan çox “Kapital Bank”, “Birbank” xidməti, ötən ilin yanvarında da “Azərikard” 7 saat müddətində çökmüşdü. Doğurdanmı bu nəhənglikdə “Kapital Bank” çökən serverlərini, hansısa texniki problemlərini 7 saat müddətində bərpa etmək iqtidarında deyil?.
Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz danışıb. O bildirib ki, ötən il də elektrik sistemində baş verən nasazlıqdan sonra “Azərikard” prosessinq mərkəzinin bütöv sistemi restartdan sonra dayanmış və onu 7 saat müddətində bərpa etmək mümkün olmamışdı:
“O zaman problem daha çox buradakı texnologiyalara supportun yetərli, dayanıqlı olmamasıyla bağlıydı. Nəticədə ölkənin maliyyə-bank sistemində, 15 bankda xidmət dayanmışdı.
Mərkəzi Bankın auditindən sonra bu qurumda İT mühitlə, təhlükəsizliklə bağlı ciddi nöqsanların olduğu müəyyənləşmişdi.
İndi “Birbank”ın 7 saatlıq çöküşünün də yanvar ayına təsadüf etməsi ümid edirəm elə təsadüfdür. Doğurdanmı bu qurumda da hansısa bir “zamıkaniyadan” serverlər çöküb və “kadr və texnoloji support” səbəbindən restart etmək mümkün olmayıb ?
Doğurdanmı bu nəhənglikdə “Kapital Bank” çökən serverlərini, hansısa texniki problemlərini 7 saat müddətində bərpa etmək iqtidarında deyil?. Çox təəccüblü və düşündürücüdür”.
Nigar