AZ

Macarıstanın Baş naziri Viktor Orban Brüsseli Gürcüstana təzyiqləri dayandırmağa çağırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Macarıstanın Baş naziri Viktor Orban Brüsseli Gürcüstana təzyiqləri dayandırmağa çağırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Viktor Orban Budapeştdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşdən sonra "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Brüsseldəki bürokratların və "Soros" şəbəkəsinin Gürcüstan hökumətinə hücumlarını dayandırmasının vaxtı çatıb. Mən parlament sədri Papuaşviliyə Gürcüstanın suverenliyi uğrunda mübarizələrində dəstəyimi ifadə etdim", - deyə Orban yazıb.
Görüşdə Orban və Papuaşvili Gürcüstan və Macarıstan arasında həm hökumət, həm də parlament səviyyəsində artan əməkdaşlığı, qanunverici orqanlar arasında çərçivə sazişini, Gürcüstanın Aİ-yə üzvlük yolunu müzakirə edib, həmçinin beynəlxalq siyasi platformalarda əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Seçilən
14
50
oxu.az

10Mənbələr