AZ

Zelenskinin ofisi Putinlə görüşdən əvvəl Trampla əlaqə saxlamaq istəyir

Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi ABŞ lideri Donald Trampla əlaqə saxlamaq və Rusiya Prezidenti Vladimir Putinlə söhbətindən əvvəl onunla danışıqlar prosesi ilə bağlı mövqeləri razılaşdırmaq istəyir.

“İki sahil” xəbər verir ki,  bu barədə “Ukrayna həqiqəti” qəzeti Zelenskinin ofisindəki mənbəyə istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, Kiyev Trampın Rusiya lideri ilə təmasları zamanı Ukrayna ilə bağlı plan hazırlayacağına inanır.

Buna görə də Zelenskinin ofisi Trampla “saatları sinxronlaşdırmağa” və bütün danışıqlar prosesi üçün strateji baxışı razılaşdırmağa ümid edir.

Məqalədə deyilir: "Ancaq Ağ Evin də eyni fikirdə olub-olmaması hələ də açıq sualdır".

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Putinlə Tramp arasında telefon danışığının hələ planlaşdırılmadığını bildirmişdi.

Seçilən
7
24
ikisahil.az

10Mənbələr