AZ

"Azenco" gəlir və mənfəətini açıqladı

"Azenco" ASC 2023-cü ili 4 milyon 415 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili nə mənfəət, nə də zərər ilə bağlamışdı.

Marja.az Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki,  "Azenco" şirkətinin satışdan gəlirləri 2022-ci ildə 40 milyon 620 min manat ikən, 2023-cü ildə 32 milyoin 473 min manata düşüb. 

2023-cü ildə Şirkətin əməliyyat mənfəəti 4 dəfəyə yaxın azalaraq  4 milyon 797 min manat olub. Şirkət 2022-ci ildə 18 milyon 854 min manat əməliyyat mənfəəti əldə etmişdi. "Azenco" həmin il əməliyyat mənfəətini əvvəlki illərin zərərini bağlamağa yönəltmişdi. 

"AZENCO" ASC-nin xidmətlərinə elektrik stansiyaları və müxtəlif sənaye obyektlərinin layihələndirilməsi, tikintisi, quraşdırılması və istismarı daxildir.

Seçilən
14
19
marja.az

10Mənbələr