AZ

Bakıda saxlanılan Yelena Xaxalyeva ekstradisiya ediləcək

Yanvarın 27-də Bakıda saxlanılan rusiyalı keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva ekstradisiya ediləcək. Metbuat.az RİA “Novosti”yə istinadən xəbər verir ki, məhkəmənin qərarından sonra sabiq o, tezliklə Rusiyaya təhvil veriləcək.

Xatırladaq ki, Rusiya hüquq-mühafizə orqanları sabiq hakimi dələduzluq və xidməti səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib. Rostov-na-Don məhkəməsi Yelena Xaxalyeva barəsində qiyabi həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib. İstintaqın iddiasına əsasən, Xaxalyeva hiylə yolu ilə təxminən 1,2 milyon rubl vəsaiti mənimsəyib, həmçinin iş saatlarının uçotu ilə bağlı sənədləri saxtalaşdırıb. 2022-ci ilin may ayında ona qarşı rəsmi olaraq dələduzluq və vəzifə saxtakarlığı ittihamları irəli sürülmüşdü.

Seçilən
37
14
metbuat.az

10Mənbələr