2024-cü ildə dövlət büdcəsinin gəlirləri 36 milyon 388 min manat proqnoza qarşı 37 milyon 164,2 min manat təşkil edib, bu da proqnozla müqayisədə 776,2 milyon manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 5,5 faiz və ya 1927,8 milyon manat çoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri proqnoza nisbətən 3,3 faiz çox icra edilməklə 24383,2 milyon manat təşkil edib.
2024-cü ilin dövlət büdcəsinin gəlirlərinin 15808,0 milyon manatı və ya 42,5 faizi vergi və rüsumlar üzrə daxilolmalarının, 12781,0 milyon manatı və ya 34,4 faiziDövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 6648,7 milyon manatı və ya 17,9 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 547,9 milyon manatı və ya 1,5 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların payına düşüb.
2024-cü ildəbüdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaları 283,1 milyon manat və ya 34,1 faiz az təmin edilib.
2024-cü ildə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 4855,8 milyon manat vəsaitin 99,4 faizi və ya 4828,5 milyon manatı sifarişçi təşkilatlar tərəfindən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 98,5 faizi və ya 2771,1 milyon manatı istifadə olunub.