AZ

Ötən il dövlət büdcəsinin xərcləri təsdiq olunmuş proqnoza qarşı az icra edilib

Ötən il ərzində dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

Maliyyə Nazirliyindən Day.Az-a verilən məlumata görə, 2024-cü ildə dövlət büdcəsinin xərcləri 37719,7 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 2022,6 milyon manat (5,1 faiz) az icra edilib.

Hesabat ilində icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 94,9 faizini təşkil edir.

 

2024-cü il dövlət büdcəsi xərclərinin 21800,3 milyon manatı və ya 57,8 faizi cari xərclərə (2023-cü illə müqayisədə 1532,2 milyon manat və ya 7,6 faiz çox), 14623,8 milyon manatı və ya 38,8 faizi əsaslı xərclərə (2023-cü illə müqayisədə 383,5 milyon manat və ya 2,6 faiz az), 1295,6 milyon manatı və ya 3,4 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü illə müqayisədə 113,1 milyon manat və ya 9,6 faiz çox) yönəldilib.

2024-cü il üzrə funksional təsnifata müvafiq olaraq iqtisadi fəaliyyət xərcləri 98,0 faiz və ya 9701,2 milyon manat, səhiyyə xərcləri 97,9 faiz və ya 1827,5 milyon manat, təhsil xərcləri 96,5 faiz və ya 4390,1 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 96,0 faiz və ya 361,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 95,9 faiz və ya 319,5 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 94,9 faiz və ya 6563,6 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 94,7 faiz və ya 4151,3 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 92,8 faiz və ya 2809,8 milyon manat, kənd təsərrüfatı xərcləri 91,6 faiz və ya 1102,1 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 90,9 faiz və ya 4115,2 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 90,5 faiz və ya 1880,4 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 86,4 faiz və ya 497,1 milyon manat təşkil edib.

2024-cü ildə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 4855,8 milyon manat vəsaitin 99,4 faizi və ya 4828,5 milyon manatı sifarişçi təşkilatlar tərəfindən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 98,5 faizi və ya 2771,1 milyon manatı istifadə olunub.

Seçilən
2
3
day.az

10Mənbələr