AZ

ADY-da təmassız ödənişlərin sayı artıb

Bakı. Trend:

Abşeron dairəvi marşrutu üzrə vağzal və stansiyalarda təmassızödənişlər "ADY Mobile" tətbiqi, ADY kartları və ya NFC-nidəstəkləyən bank kartları ilə həyata keçirilir.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-ninmətbuat xidmətindən bildirilib.

NFC ödənişləri üzrə illik göstəricilər aşağıdakılardır:

2021-ci il: aylıq orta istifadə sayı - 6 000
2022-ci il: aylıq orta istifadə sayı - 49 726
2023-cü il: aylıq orta istifadə sayı - 110 670
2024-cü il: aylıq orta istifadə sayı - 210 060

Qeyd edilir ki, 2023-cü illə müqayisədə NFC ödənişlərininsayında 85% artım müşahidə olunub.

Həmçinin ADY 2024-cü ildə bu marşrut xətti üzrə loyallıqproqramını tətbiq edərək sərnişinlərə yeni imkanlar yaradıb. Artıq“ADY Mobile” tətbiqinin yüklənmə sayı 180 mini ötüb.

Seçilən
6
5
az.trend.az

10Mənbələr