AZ

Daha bir klinikada ölüm hadisəsi baş verdi

Bakıda klinikalardan birində ölüm hadisəsi baş verib.

Yenilik.az musavat.com-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Süleymanov Ceyhun Akif oğlu yanvarın 21-də müalicə aldığı “Medilife” klinikasında dünyasını dəyişib.
Bildirilir ki, C.Süleymanov yanvarın 21-də ilk olaraq Bakıxanov qəsəbəsində yerləşən “Stimul” klinikasına hidrokolonoterapiya (bağırsaq yuyulması) üçün müraciət edib:
“Müraciətinin səbəbi mədə-bağırsağında olan problemlə bağlı olub.
“Stimul” klinikasında narkoz həkimi olmadığı üçün onu “Medilife” klinikasına yönləndiriblər.
“Medilife” klinikasında həkim Ləman Xasıyeva tərəfindən bağırsağı yuyulan C.Süleymanov bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun ölümü ilə bağlı ailəsinə dəqiq məlumat verilmir. İlkin məlumat olaraq bildirilib ki, mərhumun təzyiqi qalxıb. Mərhum ailəli olub, 2 övladı var idi”.
Qeyd edilib ki, ölüm hadisəsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb.
Sayt məsələ ilə bağlı klinika ilə əlaqə saxladığını iddia edib:
“Klinikadan bildirildi ki, hazırda suallarımıza cavab verəcək məsul şəxs yoxdur”.
Xatırladaq ki, bir neçə gün öncə burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın ölümü ilə bağlı cərrah Sənan Mehdiyev həbs olunub. 

Seçilən
7
15
yenilik.az

10Mənbələr