AZ

12 yaşlı uşaq kokteyl içəndən sonra öldü

12 yaşlı Mia Shay St Hilaire adlı qız, Londonun Bermondsey bölgəsindəki bir kafedən südlü kokteyl içdikdən sonra vəfat edib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, təcili olaraq xəstəxanaya çatdırılan uşağı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
 
Qida təhlükəsizliyi qrupu 12 yaşlı Mianın içkisini hazırlamaq üçün istifadə edilən qarışdırıcının kifayət qədər təmizlənmədiyini müəyyən edib.
 
Müayinə zamanı blenderdə əvvəlki içkidən olan badam və fındıq izləri aşkar edilib. Təhlükəsizlik kamerasının görüntülərindən görünür ki, kafe sahibi Barış Yücel Mianın içkisini hazırlamazdan əvvəl blenderi təmizləməyib.
 
47 yaşlı Barış Yücel Croydon Sülh Məhkəməsində məhkəmə qarşısına çıxıb və ümumilikdə 6 qida təhlükəsizliyi ittihamı üzrə təqsirli bilinib. İddialara allergen xəbərdarlığını aydın və müştərilər üçün əlçatan etməmək, allergenlə çirklənməni idarə etməmək və təsadüfən müştərilərə allergen ehtiva edən yeməklər təqdim etmək daxildir.

Barış Yücel 100 saat ictimai iş cəzası alıb və cərimə ödəyib.
 
Araşdırma davam etdirilir.
 
Oksana
Seçilən
10
3
azxeber.com

4Mənbələr