12 yaşlı Mia Shay St Hilaire Londonun Bermondsey bölgəsindəki bir kafedən südlü kokteyl içdikdən sonra şiddətli allergik reaksiya keçirib. Təcili olaraq xəstəxanaya çatdırılan bədbəxt uşağı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
News24.az xəbər verir ki, Southwark Şurasının qida təhlükəsizliyi qrupu 12 yaşlı Mianın içkisini hazırlamaq üçün istifadə edilən qarışdırıcının kifayət qədər təmizlənmədiyini müəyyən edib.
Müayinə zamanı blenderdə əvvəlki içkidən olan badam və fındıq izləri aşkar edilib. Təhlükəsizlik kamerasının görüntülərindən görünüb ki, kafe sahibi Barış Yücel Mianın içkisini hazırlamazdan əvvəl blenderi təmizləməyib.
47 yaşlı Barış Yücel Croydon Sülh Məhkəməsində məhkəmə qarşısına çıxıb və ümumilikdə 6 qida təhlükəsizliyi ittihamı üzrə təqsirli bilinib.
Barış Yücel 100 saat ictimai iş cəzasına məhkum edilib və cərimə ödəyib.
Məryəm İlhamqızı