AZ

ABŞ ukraynalı qaçqınlara yardım proqramını dayandırıb

Birləşmiş Ştatlar ukraynalı qaçqınlara kömək etmək üçün yaradılmış “ Ukrayna üçün birləşin” proqramında iştirak üçün müraciətlərin qəbulunu dayandırıb.

Bu barədə Amerika Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) məlumat yayıb.

"Sərhədlərimizi Qoruma Sərəncamına uyğun olaraq, xidmət bu əmrdə tələb olunduğu kimi bütün U4U şərtlərini nəzərdən keçirənə qədər I-134A formasının, onlayn yardım müraciətlərinin və maliyyə dəstəyi müraciətlərinin qəbulunu dayandırır" .

Qeyd olunur ki, proqram ABŞ prezidenti Donald Trampın 20 yanvar 2025-ci il tarixli “Sərhəd təhlükəsizliyi haqqında” fərmanına uyğun olaraq şərtlərinə baxılana qədər dayandırılıb.

Seçilən
2
2
aznews.az

10Mənbələr