Birləşmiş Ştatların Vətəndaşlıq və İmmiqrasiya Xidməti Ukrayna qaçqınlarından daxil olan müraciətləri dayandırdığını açıqlayıb.
Səlahiyyətlilər U4U proqramının şərtlərini qiymətləndirməyincə heç bir müraciət qəbul edilməyəcək. “Prezident Donald Trampın 20 yanvar 2025-ci il tarixli “Sərhədlərimizin mühafizəsi” haqqında sərəncamı ilə əlaqədar olaraq, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti I-134A formasının (iştirak üçün ərizə) qəbulunu dayandırır”, – bildirişdə deyilir.
Əvvəlki prezident Co Bayden tərəfindən təqdim edilən proqramın dayandırılması barədə yanvarın 24-də “The New York Times” xəbər verib. Qəzetin məlumatına görə, 2023-cü ilin sentyabrına qədər ABŞ-a gələn 150 mindən çox Ukrayna vətəndaşı proqramdan yararlanıb.
//Samir Qurbanov, Editor.az