AZ

AKAF yeni layihəyə başlayır

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) daha bir layihəyə üzərində işləyir.

AKAF-dan İdman.biz-ə verilən məlumata görə, federasiya ölkəmizdə slalom növünün inkişafı üçün Beynəlxalq Kanoe Federasiyası ilə danışıqlar aparır.

Avarçəkmənin slalom növünün ölkəmizdə inkişaf etdirilməsi yönündə Beynəlxalq Kanoe Federasiyası ilə danışıqlara başlanılıb. AKAF-ın dəvəti əsasında Beynəlxalq Kanoe Federasiyasının vitse-prezidenti Luis Rabaneda və Qlobal Əməliyyatlar üzrə direktor Siril Nivel ölkəmizə səfər ediblər.

Tərəflər Azərbaycanda avarçəkmənin slalom növünün inkişaf etdirilməsi yönündə fikir mübadilələri aparıb, uyğun meydançanın tikintisi üçün mümkün şərait araşdırılıb.

İdman.biz

Seçilən
28
4
idman.biz

5Mənbələr