AZ

Rusiya xüsusi xidmət orqanları Putinin təhlükəsizliyi üçün lazım olan hər şeyi edir - Kreml

“Rusiya xüsusi xidmət orqanları dövlət himayəsində olan şəxslərin, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyi üçün lazım olan hər şeyi edir”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov amerikalı jurnalist Taker Karlsonun ABŞ-nin sabiq Prezidenti Co Bayden administrasiyasının Rusiya liderinə qarşı sui-qəsd planlaşdırması ilə bağlı açıqlamasına münasibət bildirirkən deyib.

"Rusiya xüsusi xidmət orqanları ictimai təhlükəsizliyi və təbii ki, dövlətin himayəsində olan şəxslərin təhlükəsizliyini təmin etmək üçün daim bütün lazımi tədbirləri görür", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Taker Karlson Bayden administrasiyasının Putinə qarşı sui-qəsd planları hazırladığını bildirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
5
32
missiya.az

10Mənbələr