“Rusiya Avropa bazarına qaz tədarükünü davam etdirməkdə maraqlıdır”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov verib. Onun sözlərinə görə, Kreml bu məsələ ilə bağlı danışıqları diqqətlə izləyəcək.
“Bu ticarətdir. Rusiya bu ticarəti davam etdirməkdə maraqlıdır. Biz bu vəziyyəti yaxından izləyəcəyik”, - deyən Peskov Rusiya qazının avropalı alıcılar üçün Amerika qazından daha sərfəli olduğunu vurğulayıb.
QAZİLER.AZ