Demokrat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən il yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 20,4 % azalıb, daxili dövlət borcu isə 17,6 % artıb. Bu, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində baş verib.
Beləliklə, ötən ilin sonuna ölkənin dövlət borcu 27 milyard 431,7 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin sonuna nisbətən 2 % çoxdur.
2024-cü ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 1 milyard 295,5 milyon manat təşkil edib.
Bundan daxili dövlət borcu üzrə 170,3 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1125,2 milyon manat (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat) ödənilib.
10Mənbələr
-
sfera.azƏhalinin bank borcu rekord həddə çatıb - RƏQƏMLƏR ( 15138061)
-
modern.az1 ildə əhalinin banklara borcu 1,5 milyard manat artıb ( 15134899)
-
marja.az2024-cü ildə əhalinin banklara borcu 1,5 milyard manat artaraq 8,5 milyard manata yaxınlaşıb ( 15133353)
-
valyuta.azAzərbaycanın dövlət borcu açıqlanıb ( 15092385)
-
anews.azAzərbaycanın dövlət borcu açıqlanıb ( 15091921)
-
demokrat.azAzərbaycanın dövlət borcu AÇIQLANDI ( 15091357)
-
moderator.azAzərbaycanın dövlət borcu AÇIQLANDI ( 15091253)
-
moderator.azAzərbaycanın dövlət borcu AÇIQLANDI ( 15091251)
-
hit.azAzərbaycanın dövlət borcu açıqlandı ( 15091289)
-
missiya.azAzərbaycanın dövlət borcu açıqlanıb ( 15090879)