AZ

Azərbaycanın dövlət borcu açıqlanıb

2025ci il yanvarın 1-ə Azərbaycanın xarici dövlət borcu 5,160 milyard ABŞ dolları (8,772 milyard manat) təşkil edib ki, bu da ÜDM-in 6,9 faizinə bərabərdir. Bu barədə Maliyyə Nazirliyi məlumat verib. 
 
Azərbaycanın daxili dövlət borcu isə 18,659 milyard manat olub (ÜDM-in 14,8 faizi).

Ötən illə müqayisədə xarici dövlət borcu 20,4% azalıb, daxili borc isə 17,6% artıb. Bu dəyişikliklər orta və uzunmüddətli dövlət borcunun idarə edilməsi çərçivəsində xarici borcun daxili borcla əvəzlənməsi strategiyası, həmçinin dövlət qiymətli kağızlar bazarının inkişafına dəstək ilə əlaqələndirilir.

2024-cü ilin sonuna Azərbaycanın ümumi dövlət borcunun 27,43 milyard manata çatdığı bildirilir ki, bu da əvvəlki dövrlə müqayisədə 2% çoxdur.
 
N.Təbrizli











www.anews.az
Seçilən
12
50
anews.az

10Mənbələr