"Sabah" Rusiyanın “Rubin” klubundan özbək futbolçu Umarali Rahmonaliyevin keçidini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, “Sabah” rəsmi sosial media hesabları vasitəsi ilə bu keçidin xəbərini bölüşüb. 21 yaşlı müdafiəçi ilə müqavilənin detalları məlum deyil.

Qeyd edək ki, “Bayquş”ların yeni oyunçusu bu mövsüm 7 oyuna çıxıb.