AZ

"Sabah" özbəkistanlı futbolçu ilə gücləndi

"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Rubin" klubunun yarımmüdafiəçisi Umarəli Rəhmonəliyev icarə əsasında "Sabah" klubuna keçib.

"Operativ Media" xəbər verir ki, bu haqda "Rubin"in mətbuat xidməti məlumat yayıb.

21 yaşlı özbək futbolçu ilə müqavilə 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Rahmonaliev 2022-ci ildə "Rubin"in oyunçusu olub. Bu mövsüm yarımmüdafiəçi Kazan komandasının heyətində bütün turnirlərdə 7 oyun keçirib və burada bir məhsuldar ötürmə edib.

Rusiyalı mütəxəssis Vasili Berezutskinin çalışdırdığı “Sabah” 20 turdan sonra Azərbaycan çempionatının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Seçilən
4
3
operativmedia.az

10Mənbələr