AZ

“Bayden administrasiyası Putini öldürməyə çalışıb” – Amerikalı jurnalistdən şok iddia

“Bayden administrasiyası Vladimir Putini öldürməyə çalışıb”.

“AzPolitika” xəbər verir ki, bunu keçmiş “Fox News” aparıcısı, amerikalı jurnalist Taker Karlson deyib.

Lakin Karlson iddiasını təsdiqləyən heç bir konkret sübut təqdim etməyib.

“Bu dəlilikdir. Belə bir şey haqqında düşünmək belə dəlilikdir. Bəs niyə bunu etdilər? Çünki xaos onların qoruyucu pərdəsidir”, -deyə o, bildirib.

Qeyd edək ki, 2023-cü ildə “Fox News”-dan ayrılan Karlson tez-tez Kremlpərəst ritorikası və ABŞ-nin Kiyevə hərbi yardımını tənqid edən bəyanatları ilə gündəmə gəlirdi. Karlsonun müstəqil media karyerasında ən diqqət çəkən hadisələrdən biri onun 2023-cü ildə Rusiya Prezidenti Vladimir Putinlə müsahibəsi olub. Görüşdə ABŞ-Rusiya münasibətləri, qlobal siyasət və beynəlxalq məsələlər müzakirə olunub.

“AzPolitika.info”

Seçilən
18
29
azpolitika.info

10Mənbələr