AZ

Bayden komandası Putini öldürmək istəyirdi - ŞOK İTTİHAM

ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyasının Rusiya prezidenti Vladimir Putini Ukrayna müharibəsinə görə öldürtmək istəyib.

Ölkə.Az xəbər verir ki,  belə bir iddia ilə  amerikalı məşhur  jurnalist Taker Karlson çıxış edib.

Yanvarın 27-də YouTube kanalında çıxış edən Karlson deyib ki,  prezident Co Bayden prezidentliyi dövründə ABŞ dövlət katibi olmuş Antoni Blinken Putini öldürtməkdə çox israrlı olub.

"Yaxşı, bəs Putinin ölümündən sonra Rusiyada hakimiyyəti kim götürəcək? Bəs kənar adamların anlaya bilməyəcəyi qədər mürəkkəb bir ölkədə nüvə arsenalı nə olacaq. Bu barədə düşünmək belə dəlilikdir”, - Karlson bildirib.

Karlson belə bir ittihamla çıxış etsə də, dedikləri sübit etmək üçün heç bir sübut etməyib.

Bundan əlavə, amerikalı jurnalist keçmiş MKİ direktoru Con Brennan, ABŞ Milli Kəşfiyyatının keçmiş rəhbəri Ceyms Klapper və ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeonu da cinayətkar adlandırıb.

Qeyd edək ki, Taker Karlson Putindən və Sergey Lavrovdan müsahibə alan amerikalı jurnalistdir və o, 2009-2023-cü illərdə mühafizəkar "Fox News" kanalında çalışıb. 

Mürtəza
Ölkə.Az

Seçilən
11
19
olke.az

10Mənbələr