2024-cü il oktyabrın 1-nə Maliyyə Nazirliyinin Dövlət Neft Fonduna (ARDNF) idarəetməyə verdiyi vəsaitin məbləği 467 milyon 675,1 min manat təşkil edib.
Missiya.Az xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun builki büdcəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2024-cü ilin yanvarın 1-nə nisbətən 320 milyon 775,2 min manat və yaxud 40,7 % azdır.
Hesabat dövründə Maliyyə Nazirliyinin vəsaitlərin gəlirliliyi 4,4 % təşkil edib, nazirlik fondun hesabına 21 milyon 472,3 min manat gəlir əldə edib.