Bakı. Trend:
Maliyyə Nazirliyi tərəfindən Dövlət Neft Fonduna (ARDNF)idarəetməyə verilən vəsaitin həcmi il ərzində azalıb.
Hesablama Palatasından Trend-ə verilən məlumata görə, dövlət büdcəsininvəsait ehtiyacı ilə bağlı qoyulmuş məbləğin böyük hissəsi geriqaytarılsa da, dövriyyənin böyük olması gəlirliliyi artırıb.
Bildirilib ki, maliyyə Nazirliyi tərəfindən Fonda idarəetməyəverilən vəsaitlərin gəlirlilik faizi ilin əvvəlindən 30sentyabradək 4,4% təşkil edib.
“Maliyyə Nazirliyinin Fonda idarəetməyə verdiyi vəsait qalığı31.12.2023-cü il tarixinə 788,5 mln. ABŞ dolları olmuş, cari ildədövlət büdcəsinin sərbəst qalıq vəsaitinin hesabına iki müqaviləolmaqla ümumilikdə 450,0 mln. ABŞ dolları, Təminat Fondunun vəsaitiüzrə isə iki müqavilə üzrə 657,0 mln. ABŞ dolları vəsait Fondaidarəetməyə yönəldilmiş, 1 387,0 mln. ABŞ dolları vəsait isəFonddan geri qaytarılmışdır.
Ümumilikdə Fondun idarəetməsində 30.09.2024-cü il tarixə 467,7mln. ABŞ dolları, o cümlədən 205,3 mln. ABŞ dolları sərbəst qalıqüzrə, 262,4 mln. ABŞ dolları Təminat Fondu üzrə vəsait mövcudolmuşdur. İlin əvvəlindən 30.09.2023-cü il tarixinə qədər 21,5 mln.ABŞ dolları həcmində faiz hesablanmışdır”, - deyə məlumatda qeydolunub.