AZ

Şabranda beşyaşlı uşaq qəfil ölüb

Şabran rayonunun Zeyvə kəndində beşyaşlı uşağın həkiməqədər ölüm faktı qeydə alınıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə çağırış 26 yanvar, saat 12:00-da daxil olub.

"Çağırışa əsasən, 2019-cu il təvəllüdlü şəxsə (kişi cinsli) yardım göstərilməsi məqsədilə təcili yardım briqadası hadisə yerinə yola düşüb. Lakin briqada hadisə yerinə çatdığı zaman həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanır.

Xəbər 3 dəfə oxunub.
Seçilən
5
3
xezernews.az

4Mənbələr