Şabranda beşyaşlı uşaq qəfil ölüb.
Şabran rayonunun Zeyvə kəndində beşyaşlı uşağın həkiməqədər ölüm faktı qeydə alınıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə çağırış 26 yanvar, saat 12:00-da daxil olub.
“Çağırışa əsasən, 2019-cu il təvəllüdlü şəxsə (kişi cinsli) yardım göstərilməsi məqsədilə təcili yardım briqadası hadisə yerinə yola düşüb. Lakin briqada hadisə yerinə çatdığı zaman həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə məlumatda vurğulanır.