AZ

60 milyard dollar böyüklikdə olan ARDNF vəsaitlərin idarə olunmasından gəlirini açıqladı

2024-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 5 milyard 795,3 milyon manat təşkil etməklə investisiya portfeli üzrə gəlirlilik 6% olmuşdur.

Marja.az xəbər verir ki, bu, ARDNF-in yaydığı məlumatda bildirilir. 

Qeyd edilib ki,  2024-cü il dekabr ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlinə (56 milyard 69,7 milyon ABŞ dolları) nisbətən 7,1% və ya 3 milyard 961,7 milyon ABŞ dolları artaraq 60 milyard 31,4 milyon ABŞ dolları (təxminən 102 milyard 53 milyon manat) təşkil etmişdir.

2024-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 18 milyard 39 milyon manat, büdcə xərcləri isə 12 milyard 896,4 milyon manat təşkil etmişdir.

2024-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 243,7 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 11 milyard 461,4 milyon manat, bonus ödənişləri 778,2 milyon manat, tranzit gəlirləri 0,5 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil etmişdir.

Seçilən
30
17
marja.az

10Mənbələr